turklehceleri.org

ixtisar

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ixtisar

is. [ər.]
1. Qısaltma, azaltma. • İxtisar etmək – 1) qısaltmaq, azaltmaq. Məqaləni ixtisar etmək. Əsərin fəsillərindən birini ixtisar etməli. // Müxtəsər etmək, qısaltmaq. Mənimlə, Tanrı üçün, sözdə ixtisar et, kim; Uzun fəsanəyə, vaiz, dilü dəmaq gərək. Qövsi; 2) miqdarca, sayca azaltmaq. Ştatları ixtisar etmək. Xərcləri ixtisar etmək; 3) işdən azad etmək (ştatların azalması münasibəti ilə). Bir neçə işçini ixtisar etmək lazımdır. İxtisar olunmaq – azaldılmaq (miqdarına, həcminə görə). İxtisara düşmək – 1) bax. ixtisar olunmaq. Məqalənin axırı ixtisara düşdü; 2) ştatların azalması ilə əlaqədar olaraq işdən azad edilmək. İxtisara salmaq – bax. ixtisar etmək. Tresti kəsirdən qurtarmaq üçün, birinci növbədə, müşavirə və nitqləri ixtisara salmaq lazımdır. M.Hüseyn. [Vahidov:] Sabahdan gərək yuxumu əlli faiz ixtisara salam. Ə.Məmmədxanlı.
2. riyaz. Kəsirdə: sürəti və məxrəci eyni ədədə bölüb azaltma, kiçik ədədlə vermə.
3. İxtisarla şəklində zərf – müxtəsər, gödək, qısa, ixtisar şəklində. Məqaləni ixtisarla vermək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ixtisar

qısaltma, azaltma
{kısaltma, azaltma}


Son arananlar: