turklehceleri.org

istilik

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

istilik

is.
1. fiz. Cismin hissəciklərinin (atomlarının, molekullarının və s.-nin) qeyrimüntəzəm hərəkəti nəticəsində əmələ gəlib, onun qızması şəklində təzahür edən enerji növü. İstilik vahidi. Ərimə istiliyi. Kimyəvi enerjinin istiliyə çevrilməsi.
2. Bir şeyin qızğınlıq halı; isti, yaxud qızdırılmış şeydən çıxan hərarət. Havanın istiliyi. Sobanın istiliyi. Günəş şüasının istiliyi. – [Əbülhəsən bəy:] Alnımda bir istilik hiss edər-etməz gözlərimi açdım.. M.S.Ordubadi. ..Toğluların yumşaq yunu və istiliyi sanki Qulunun əlini qıcıqlayırdı. M.İbrahimov.
3. Qızdırma, hərarət, temperatur. Xəstənin istiliyi normaldır. – [Qəhrəman] uşağın istiliyini ölçür, gözlərinə yuxu gəlmirdi.. S.Rəhimov. Oğlunun istiliyini görən ana gözlərinə dəm verir. Ə.Vəliyev. • İstilik gəlmək (basmaq) – hərarəti qalxmaq, bədəni qızmaq. Soyuqdan əsən bədənə ani bir istilik gəldi.
4. məc. Mehribanlıq, səmimiyyət hissi; hərarət. Öz məsum təbəssümü ilə hamını sevindirən Aslan evdəki soyuqluğu tamamilə həyətə qovmuş, qocaların və anasının ürəyinə xoş bir istilik gətirmişdi. Ə.Vəliyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

istilik

I. qızdırma, hərarət
{kızdırma, hararet}

II. mehribanlıq, səmimiyyət
{muhabbetlilik, samimiyet}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

istilik

ısı, sıcak, sıcaklık


Son arananlar: