turklehceleri.org

insaf

Türkiye Türkçesi – Arı Duru Türkçe Sözlüğü (Kuleli, 2013)

insaf

[Köken: Arapça] Uyat, Tıynaklık, Ayama, Ayayıcılık

Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)

insaf

с. инсаф

Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)

insaf

Türkiye Türkçesi: insaf
Azerbaycan Türkçesi: insaf
Başkurt Türkçesi: basalkılık insaflılık
Kazak Türkçesi: uyat
Kırgız Türkçesi: ınsap nısap
Özbek Türkçesi: insàf
Tatar Türkçesi: insaflık tıynaklık
Türkmen Türkçesi: ınsãp
Uygur Türkçesi: insap
Rusça: sóvest

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

insaf

is. [ər.]
1. İnsanda vicdan və ədalət hissi, öz hərəkətləri üçün mənəvi məsuliyyət hissi; vicdana müvafiq hərəkət. İnsaf dinin yarısıdır. (Ata. sözü). Bəylərin bəyisən, xanların xanı; Unutma insafı, satma imanı.. Aşıq Ələsgər. İnsafımın və vicdanımın yanında məsul olaram, əgər yalan desəm ki, təqribən yarım saat mənim təamım çəkdi.. C.Məmmədquluzadə. // Rəhm, mürüvvət, şəfqət, ədalət. İnsaf xoşdur, ey eşq, ancaq məni zəbuni et; Ha böylə möhnət ilə keçsinmi ruzigarım? Füzuli. Könlündə qalmadı insaf əsəri; Dürdanənin qəlbi sal buza döndü. M.Rahim. Məsmənin qəlbini dağlayan fələkin “çərxi çevrilmiş”, fələkin zərrə qədər insafı, mürüvvəti yoxmuş! Mir Cəlal. • İnsaf deyil – rəva deyil, insafa müğayirdir. [Məmməd:] Yox, bu insaf deyil ki, bu cür nəcib heyvanın leşini mən bu çöldə dəfn etməmiş gedim.. E.Sultanov. İnsaf etmək (eləmək) – rəhm etmək, mərhəmət göstərmək, ədalətlə yanaşmaq. Ömür keçdi, insaf elə, sevdiyim; Nə müddətdi dərdü möhnət çəkirəm. Q.Zakir. Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadan keç; Əgər adəmsən, insaf et, bu vəzi-narəvadən keç. S.Ə.Şirvani. İnsaf görmək – vicdanı qəbul etmək, rəva görmək. İnsafa gəlmək (düşmək) – rəhmə gəlmək, insaf eləmək; haqsızlıq etməkdən vaz keçmək, mərhəmət etmək. Eləmi qaldı səbir; Qovğadı, qaldı səbir; Nə yar insafa gəldi; Nə məndə qaldı səbir. (Bayatı). İnsafa gəl, aman! Məni məhv etdi intizar; Səbrim tükəndi, yox qəmihicranə taqətim. H.Cavid. İnsafa gətirmək – rəhmə gətirmək, ürəyində mərhəmət oyatmaq. İnsafdan çıxmaq – haqsızlıq, ədalətsizlik etmək, birinin haqqını pozmaq, insaf və vicdana müğayir hərəkət etmək. İnsafı itirmək – bax. insafdan çıxmaq. İnsafı yol verməmək – insafı, vicdanı rəva görməmək, insaf görməmək, rəva görməmək. Doğrusu, belə bir nazənin sənəmin sumkasının boş olmasına insafım yol vermədi. Ə.Haqverdiyev. [Dəmirçi Rzaya:] ..Səni beş qrana işlətməyə insafım yol vermir, artığa da gücüm çatmaz.. M.İbrahimov. Allah ... insaf versin – ədalətli, insaflı olmağa dəvət. [Qurban:] Allah Zərnigar qarıya insaf versin. Ə.Haqverdiyev.
2. İnsafla şəklində – düzlüklə, ədalətlə, vicdanla. Dünyada hər nə cür və xariqüladə bir məsələ bəsirət və insafla müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. C.Məmmədquluzadə.
3. İnsafdır(mı) şəklində – rəvadırmı, insafa, vicdana, ədalətə uyan şeydirmi? İnsafdırmı, Bəlli Əhməd tutula; Qolac qolu dal gərdənə çatıla. “Koroğlu”.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

insaf

mürüvvət, rəhm, şəfqət, ədalət
{sevgi, merhamet, şefkat, adalet}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

insaf

acıma, insaf


Son arananlar: