inqilab
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
inqilab
is. [ər.]
1. Zorakı ictimai çevriliş; dövlət hakimiyyətinin hakim sinfin əlindən başqa sinfin əlinə keçməsi. 1905-ci il inqilabı. Burjua inqilabları. İnqilab illəri. – Rusiya inqilabının bərəkətindən törəyən azadlıqların biri də vicdan azadlığıdır. C.Məmmədquluzadə. [Yaşlı kişi:] Dünya hadisələri ilə, İranda başlayan inqilab hərəkatı ilə maraqlanırdım. S.Hüseyn.
2. Hər hansı bir elm sahəsində, texnikada, incəsənət və s. sahəsində əsaslı dəyişiklik. Mədəni inqilab. – Sonra bir həkim çıxdı, yaş dəsmal üsulunun elm aləmində bir inqilab olduğunu söylədi. Mir Cəlal.
3. klas. Dəyişiklik, dəyişkənlik. Şahiddir ona bu inqilabın; Kim, aşiqisən bir afitabın. Füzuli. Yarəb, bugünkü məclisimiz xoş keçir bizim; Bu məclisi-məhəbbətə göstərmə inqilab. S.Ə.Şirvani.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
inqilab
dəyişiklik, çevriliş
{değişiklik, çevriliş}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
inqilab
devrim