iməcilik
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
iməcilik
is. Könüllü olaraq və zəhmət haqqı almadan ictimai-faydalı bir işi, tapşırığı kollektiv surətdə, elliklə yerinə yetirmə. Bu iməcilik böyük bir əmək bayramına dönmüşdü. Burada hər millətdən çalışan vardı. B.Talıblı. Gənclərin gücü ilə bir neçə dəfə iməcilik keçirilib, idman meydanı düzəldi. Ə.Sadıq. Nahiyənin rəhbərləri bu cümə iməcilik təşkil edib, dərənin üstündən körpü salırdılar. Ə.Əbülhəsən. • İməcilik etmək – birinə kömək məqsədi ilə bir işi birlikdə görmək, elliklə köməkləşib yerinə yetirmək. Lakin yetimin uşaqlığını camaat nəzərə alaraq, hər il iməcilik edib onun əkininə, biçininə kömək edərdi. Çəmənzəminli.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
iməcilik
imece