turklehceleri.org

hərəkət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hərəkət

is. [ər.]
1. Bir şeyin və ya onun hissələrinin sabit bir nöqtəyə görə öz yerini və ya vəziyyətini dəyişməsi; hərəkətsizliyin, sükunətin ziddi olan vəziyyət. Ritmik hərəkət. Dairəvi hərəkət. – Cismin hərəkəti onun hissələrinin hərəkətilə təyin olunur. “Nəzəri mexanikanın əsasları”.
2. fəls. Materiyanın varlıq forması, onun ayrılmaz xassəsi; maddi aləmin fasiləsiz dəyişmə və inkişaf prosesi. – Milyon il, milyard il bir yol, bir cığır; Nə geriyə dönür; nə sona çıxır; Hərəkət əbədi; Sürət əbədi. M.Araz.
3. Yola düşmə, hər hansı bir istiqamətə getmə; yürüş. “Yaşasın!” bağırtısı; Qopunca hər bir yandan; Hərəkət əmri verdi; Lələkli baş komandan. Ə.Cavad. Paroxodun hərəkətinə yarım saat qalmış [Sarıköynəyi] evdən alıb iskələyə gətirdim. S.Hüseyn. • Hərəkət etmək – 1) yola düşmək, hərəkətə başlamaq. Qatar saat 3-də hərəkət edir. – Bağdaddan hərəkət etdiyiniz zaman Həmədana getməyin məsləhət deyil, şəhərin iki fərsəngliyində olan Köşki-baği-müəzzəmdə qalmalısan. M.S.Ordubadi; 2) getməyə başlamaq, yerimək, yerindən tərpənmək. ..Ağlamaqlıqnan və sızıldamaqlıqnan oğlan bərk-bərk ulağın quyruğundan yapışıb qoymur heyvan hərəkət eləsin. C.Məmmədquluzadə. İrəli hərəkət etmək mümkün deyildi. M.S.Ordubadi. // Hər hansı nəqliyyat növünün işi. Qatarların hərəkət cədvəli. // Müxtəlif istiqamətlərdə (küçələrdə, yollarda və s.-də) piyada və ya miniklə gedibgəlmə; gediş-gəliş. Küçədə hərəkət azalır. – Çoxaldı get-gedə, artdı hərəkət; Artıq keçinmişdi gecənin qəlbi. S.Vurğun. Yürüşçülərin keçəcəkləri küçələrdə hərəkət dayandırılmışdı. H.Seyidbəyli. • Hərəkət etmək (eləmək) – getmək, gəlmək, gedibgəlmək. Xidmətçilər əcələ ilə o tərəf-bu tərəfə hərəkət edirdilər. M.İbrahimov.
4. İş, əməl, davranış. Başlı-başına hərəkət. Nalayiq hərəkət. Gözəl hərəkət. – [Şərifzadə] Mehribanı boşadığı üçün olduqca darılmış, [Zeynalın] belə yersiz hərəkətindən dolayı acıqlanmışdı. S.Hüseyn. Teymur Cahangirovun hərəkətlərindəki məntiqsizliyi qabarıq surətdə təhlil edib dedi. H.Seyidbəyli.
5. hərb. Əməliyyat. Düşmənin hərəkətini dayandırmaq. Hərəkət planı. Cəbhədə hərəkət sahəsi.
6. məc. Kəmiyyət və ya keyfiyyətcə dəyişiklik; irəliləmə, irəliləyiş, inkişaf, canlanma. İşdə irəliyə doğru böyük hərəkət var. – Min gecəni neylirəm; Mənə hərəkət dolu; Min səsli, min duyğulu; Təkcə bir gündüz verin! B.Vahabzadə.
7. Hərəkətlə şəklində zərf – hərəkət edərək. Qaraş qəti hərəkətlə ayağa durdu. M.İbrahimov. Süsən birdən ayaq saxlayıb, sərt bir hərəkətlə üzünü Rəşidə sarı çevirdi. M.Hüseyn. ‣ Hərəkət etmək məc. – davranmaq. Hatəm xanın ortancıl oğlu Aqil də böyük qardaşı Adil kimi hərəkət edirdi. S.Rəhimov. Necə hərəkət edəcəyini ürəyində ölçübbiçən Baxış bəy ata bir şallaq vurdu. Ə.Abasov. Hərəkət ordusu – ordunun, müharibə vaxtı cəbhədə vuruşan hissəsi. Hərəkətdən düşmək – daha hərəkət edə bilməmək, işdən qalmaq, hərəkət etmək qabiliyyətini itirmək. Əlləri hərəkətdən düşmək. – [Sürəyya] hələ ayaq açıb yeriməyə başlamamış, rütubətli, qaranlıq bir zirzəmidə şikəst olmuş, ayaqları hərəkətdən düşmüşdü. Ə.Məmmədxanlı. Hərəkətə gəlmək – müəyyən iş görmək, fəaliyyətə başlamaq, fəaliyyət göstərmək, ayağa qalxmaq. Oğruları tutmaq üçün inzibati orqanlar hərəkətə gəldilər. – Bütün kənd hərəkətə gəldi. Ə.Məmmədxanlı. Avtomobil müfəttişliyi hərəkətə gəldi. H.Seyidbəyli. Hərəkətə gətirmək – 1) işlətmək, idarə etmək, işə salmaq. Ekskavatoru hərəkətə gətirməyi öyrənmək. – Gənclər maşınla bərabər bu mürəkkəb mexanizmi hərəkətə gətirən cavan oğlanı da diqqətlə seyr edirdilər. Ə.Sadıq; 2) dilə tutaraq, yaxud başa salaraq birinə bir işi gördürmək, şövqləndirmək. Uşaqları hərəkətə gətirmək. – [Nəcəf:] Rüstəm dayı, arxayın ol, gənclər “Yeni həyat”ın adını batırmazlar. Sən qocaları hərəkətə gətir. M.İbrahimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

hərəkət

I. yeriş, gediş-gəliş
{yürüyüş, gidiş-geliş}

II. iş, fəaliyyət, əməl
{iş, faaliyet, çalışma}

III. irəliləyiş, artım (vəzifə)
{ilerleyiş, artım (vazife)}

IV. canlanma, dirilmə
{canlanma, dirilme}

V. rəftar, münasibət
{tavır, münasebet}

VI. zirəklik, çeviklik, oynaqlılıq
{kıvraklık, çeviklik, hareketlilik}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

hərəkət

devinim, eylem, fiil, hareket, yürürlük


Son arananlar: