hərrac
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
hərrac
is. [ər.] Bir mülkün, şeyin ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulması; auksion, müzaidə. Bir yerdə ki, millətin haqqı hərrac malıdır; O ölkədə Vətən də, el də satılmalıdır. B.Vahabzadə. • Hərrac bazarı – qədimdə qul satılan bazar. Yerli Azərbaycan feodalının hərrac bazarından satın alınmış qulu olan Elxan Azərbaycan xalqının bütün düşmənlərini öz şəxsi düşməni adlandırır və onlara qarşı çıxır. M.Arif. Hərraca qoymaq – hərrac qaydası ilə satışa qoymaq. Mülkü hərraca qoymaq. – [Koroğlu Bolu bəyə dedi:] Balam, bu Həsən paşa mənim yolumda qızlarını nə yaman hərraca qoyub satır? “Koroğlu”. [Hacı Əhməd:] Bəs mən ölmüşəm ki, diri-diri mənim bağımı hərraca qoyasan? C.Cabbarlı.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
hərrac
artırma