turklehceleri.org

həkimanə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

həkimanə

sif. və zərf [ər. həkim və fars. ...anə]
1. Hikmətli, ağıllı, müdrik(anə), fazilanə, dərin. Həkimanə söz. – Nitqdəndir bəlalər insanə; Nitq elə hər sözü həkimanə. S.Ə.Şirvani.
2. köhn. Həkimə (alimə, filosofa) yaraşan bir tərzdə; alimcəsinə, filosofcasına, alim kimi, filosof kimi, ağıllı. Həkimanə bir əda ilə danışmaq. Həkimanə hərəkət etmək. – Sərxoşluq ilə ömrünü sərf eyləmə, Vahid! Arif ona derlər ki, həkimanə dolansın. Ə.Vahid.


Son arananlar: