turklehceleri.org

həkim

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

həkim

is. [ər.]
1. Ali tibb təhsili olan adam; təbib, doktor. Uşaq həkimi. Göz həkimi. Diş həkimi. Sanitar həkimi. – ..Mənim xahişimə görə bacım oğlunu gətirmişdi bizə ki, həm bir-iki ay bizə qonaq olsun, həm də İrəvan həkimləri uşaqları müalicə eləsinlər. C.Məmmədquluzadə. Həkimlərin məsləhətilə atamgil məni yaylağa göndərməli oldular. İ.Əfəndiyev // Keçmişdə, ümumiyyətlə, adamları, ya heyvanları müalicə etməklə məşğul olan adama verilən ad. Həkim gəlib padşahın başının üstündə əyləşdi. “Məsum”. Həkimlərin dediyinə görə, Atabəyin ciyərləri soyuqlamışdı. M.S.Ordubadi.
2. klas. Alim, filosof. O, həkimü ədibü şair idi; Şeir fənnində xeyli mahir idi. S.Ə.Şirvani.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

həkim

doktor, hekim


Son arananlar: