turklehceleri.org

qır

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qır

I. is.
1. Neft qalıqlarından hazırlanan, damlara, səkilərə və s.-yə salınan qara rəngli qatı maddə. Qır salmaq. Qır tiyanı. – Hava .. qır qoxusu ilə dolub daha da ağırlaşırdı. Ə.Əbülhəsən.
2. Qəlyanın, müştükün içində və s. tüstü çıxan yerdə əmələ gələn qəliz maddə. Çubuğun qırını təmizləmək.
3. Kül rənginə çalar ağ, çal. Çal qış! Buyur, uğur olsun! Qır saçını cinlər yolsun. Ə.Cavad. // Tünd boz rəng.

II. is. köhn. Düzən, çöl. Cənnət qoxan qırlar, əngin obalar; Bir atlazdır, yaşıl ucu görünməz. A.Şaiq.

III. is. Dayaz quyudan su çəkmək və ya başqa məqsədlər üçün bir ucu qarmaq şəklində ağac və s. Qır ilə quyudan su çəkmək. Qır ilə ağacın başındakı meyvələri dərdim. – Yelkən xurma yarpaqlarından toxunmuş və qır ilə möhkəmlənmiş dəyirmi bir yelkən idi. M.S.Ordubadi.

IV. is. dan. Naz, qəmzə, şivə. • Qır vermək (satmaq) – nazlanmaq, naz eləmək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qır

I. düzən, çöl
{düzlük, çöl}

II. naz, qəmzə, şivə
{naz, eda, işve}


Son arananlar: