turklehceleri.org

hümmət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hümmət

is. [ər.] Cəhd, səy, qeyrət, ələlə verib çalışma, təşəbbüs. El hümməti, el qüdrəti vardır qolumuzda; Bir gün alarıq biz bu qisası yenə səndən. Ə.Vahid. // Yardım, kömək, qeydkeşlik. • Hümmət etmək – 1) çalışmaq, səy etmək, cəhd etmək, qeyrət göstərmək, əl-ələ vermək, təşəbbüs göstərmək. ..Ümid var ki, İrəvan əhli hümmət edib, az zamanda məktəblərin hər bir mayehtacını düzəldələr. F.Köçərli. [Hacı:] Şamaxılı Şamaxıdan, gəncəli Gəncədən, şəkili Şəkidən, nə ki imkan var hümmət eləyək.. Mir Cəlal; 2) kömək etmək, yardıma qoşmaq, əlindən tutmaq. [Kərəm:] Dağlar, hümmət edin, burda qalmayım; Qalırsam da qürbət eldə ölməyim. “Əsli və Kərəm”.


Son arananlar: