turklehceleri.org

hücum

Türkiye Türkçesi – Arı Duru Türkçe Sözlüğü (Kuleli, 2013)

hücum

[Köken: Arapça] Çapul, Çozuculuk, Çozma, Basıp alma, Baskıncılık

Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)

hücum

и. һөҗүм, штурм; □ hücum etmek һөҗүм итү

Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)

hücum

Türkiye Türkçesi: hücum
Azerbaycan Türkçesi: hücum
Başkurt Türkçesi: höjüm
Kazak Türkçesi: şabuvıl umtılıs (spor)
Kırgız Türkçesi: çabūl
Özbek Türkçesi: hücüm
Tatar Türkçesi: höcüm
Türkmen Türkçesi: hücüm
Uygur Türkçesi: hucum
Rusça: ataka şturm

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hücum

is. [ər.]
1. İrəliləmək məqsədilə qoşunların düşmənə qarşı apardığı hərbi əməliyyat; həmlə. Cəbhə boyu hücum. Düşmən üzərinə şiddətli hücum. Hücumun qabağını almaq. – Qala qoşunu düşmənin hücumunu dəf etməyə çalışırdı.. Çəmənzəminli. [Əmrah] düşməni hücum əsnasında öldürdüyündən sevinirdi. M.Hüseyn. • Hücum çəkmək – 1) bax. hücum etmək 2, 3 və 4-cü mənalarda. Sona əyri-əyri baxır Məşədi Zeynəbin üzünə və birdən onun üstünə hücum çəkib itələyir. C.Məmmədquluzadə. İllər ötdü, ölkəyə düşdü yenə qanqada; Fateh Sultan Süleyman hücum çəkdi Bağdada. B.Vahabzadə; 2) hamı birdən bir şeyə tərəf sürüb getmək. Camaat hücum çəkdi kassanın qabağına. Ə.Haqverdiyev. Hücum etmək – 1) düşmənə qarşı fəal hərbi əməliyyat apararaq irəliləmək, həmlə etmək. Diviziya düşmənə hücum etdi. – Səfər də bir tərəfdən hücum edib, sağa-sola qılınc çalırdı. Çəmənzəminli; 2) məc. pis niyyətlə bir şeyin və ya bir şəxsin üzərinə yürümək, üzərinə atılmaq, üstünə cummaq. Sərxanın dəstəsi .. darvazaya hücum etdi. M.Hüseyn; 3) birdən üstünə atılmaq. Kəndin girəcəyində itlər bizə hücum etdi. Arılar üstümüzə hücum etdi; 4) məc. dan. acgözlüklə yeməli bir şeyin üstünə döşənmək, tələsə-tələsə götürüb yemək. Kababın üstünə hücum etdilər; 5) məc. irəliləyərək böyük bir sahəni, ərazini tutmaq; basmaq, yayılmaq. Sel tarlalara hücum etdi. – Qırmızı alov irəli hücum edir, .. buğda dərzlərini yandırıb məhv edirdi. Ə.Vəliyev. Dənizin şıltaq ləpələri hücum edib izləri yalayır. H.Seyidbəyli. Hücuma keçmək – 1) ansızın hücum etmək, hücuma başlamaq. Qoşunlar gecəyarı hücuma keçdilər. [Qətibə:] Rey qoşunu Qəzvin altına gəlmədən qabaq müharibəyə başlanmasın, hərgah azərbaycanlılar hücuma keçərsə, müdafiə halında durmalısınız. M.S.Ordubadi; 2) birinə qarşı müdafiədən hücuma keçmək. Ramazan hücuma keçib, usta Nemətin boğazını qurutmuşdu. M.Hüseyn. Hidayət açıq hücuma keçdi, qorxub çəkinmədi. B.Bayramov. // Ələ keçirmək, yaxud xəsarət yetirmək və s. üçün üzərinə atılma. Silahlı hücum. Canavarın qoyunlara hücumu. // Basqın. Quldurların hücumu. – Bu tədbir ilə mülki-İran taifeyi-biganənin hücumundan məhfuz qaldı. M.F.Axundzadə. • Hücum etmək – basqın etmək.
2. İttihamla, yaxud qərəzlə birinin üstünə düşmə, ağır sözlərlə üzərinə həmlə etmə. Keflilik İskəndəri Şeyx Nəsrullahın fitvalarından, avamın hücumundan qoruyur, ölümdən saxlayır. M.İbrahimov. // məc. Özünə tabe etmək və ya qarşısını almaq üçün göstərilən ciddi fəaliyyət, əməliyyat. Kortəbii qüvvələr üzərinə hücum. Selə qarşı hücum genişlənir. Çəyirtkəyə qarşı hücum. – Pələng nərə çəkir hücumdan qabaq; Bir an da bir yerdə durmayaraq. B.Vahabzadə.
3. idm. Futbol, xokkey, şahmat və s. oyunlarda: xal qazanmaq üçün daha fəal hərəkətə keçmə, irəliləməyə çalışma, mübarizəni gərginləşdirmə, rəqibi sıxışdırma. Mərkəz hücumçusunun hücumu. Boksçunun gözlənilməz hücumu. Atla şah cinahına hücum. – Fəxrəddin hücum başlandığını görüncə, topu havaya tullayaraq Alacanı mahmızladı. M.S.Ordubadi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

hücum

I. həmlə, basqın
{hamle, baskın}

II. yürüş, axın
{yürüyüş, akın}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

hücum

forvet, hücum, saldırı, salgın, taarruz


Son arananlar: