turklehceleri.org

hörmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hörmək

f.
1. Kərpici, daşı müəyyən qaydada palçıqla bir-birinə yapışdırmaq. İkinci mərtəbəni hörüb qurtarmaq. – [Qaçay:] [Mahmud] dəli deyil ki, belə soyuq bir gündə daş daşısın, əhəng, palçıq gətirsin, yaxud hündür bir divarın üstünə çıxıb divar hörsün. Ə. Xəlil. Dodaqaltı segah deyən qoca bənnalar; Sal daşlardan təməl qoyur, divar hörürdü. Ə.Cəmil. // Bir şeyi divar arasına qoyub gizlətmək, orada yerləşdirmək. Tüfəngi divarda hörmək. [Pərviz xan:] Baş hərəm olmaq üçün mənə öz arvadımı öldürtdün. Öz əlimlə qızımı divar arasına qoyub hördürdüm. Ə.Haqverdiyev.
2. İp, məftil, qarğı və s.-ni bir-birinin içərisindən keçirərək bir şey düzəltmək; toxumaq. Həsir hörmək. – Piri kişi qapısında oturub səbət hörürdü. S.S.Axundov. Göllər kənarından keçdim yaz günü; Əlvan çiçəklərdən çələnglər hördüm. N.Xəzri.
3. Hörük toxumaq, hörük etmək, hörükləmək. Atın yalını hörmək. – Zeynəb saçlarını səliqə ilə hörüb, boynunun dalına yığmışdı. M.İbrahimov. Qız durdu səhərsəhər; Saçını hördü, gəldi. R.Rza.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

hörmək

I. tikmək, toxumaq
{dikmek, dokumak}

II. eşmək, burmaq, bürmələmək, lülələmək
{eşmek, burmak, burmak, lülelemek}

III. qayırmaq, tikmək, qurmaq
{imal etmek, dikmek, kurmak}

IV. düzmək, yığmaq, qalaqlamaq
{düzmek, yığmak, katmanlaşmak}

V. uydurmaq, qondarmaq
{uyduruk, sahte}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

hörmək

örmek


Son arananlar: