hiyləgər
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
hiyləgər
sif. [ər. hiylə və fars. ...gər]
1. Hiylə işlədən, kələkbaz, fəndgir, bic, məkrli. Hiyləgər adam. – [Nüşabə:] Düşmən həm güclüdür, həm də hiyləgər; Qüvvətlə, hiyləylə qazanır zəfər. A.Şaiq. Dünyanın ən hiyləgər, mahir kələkbazları; Saat ilə təqvimə əl qata bilmədilər; Yalnız vaxtı, zamanı aldada bilmədilər. B.Vahabzadə. // məc. Eyni mənada bəzi heyvanlar haqqında. Hiyləgər tülkü. – Görünür ki, kəndə dadanmış bu qurd çox təcrübəli və hiyləgər bir qurd idi. M.Rzaquluzadə.
2. Hiylə ifadə edən. Hiyləgər baxış. – Cəfər hiyləgər bir təbəssümlə göz vurdu və qonaqları sakit eləyə-eləyə: – Qardaş, hər sirr Allah yanındadır, – [dedi] Çəmənzəminli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
hiyləgər
I. kələkbaz, fəndgir, bic, fırıldaqçı, haramzada, cüvəllağı
{düzenbaz, sahtekâr, dolandırıcı, fırıldakçı, hırsız, hilekar}
II. diribaş, cəld, zirək, çevik
{atılgan, kıvrak, canlı, çevik}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
hiyləgər
düzenbaz, hilekâr, kurnaz, sinsi