hirsli
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
hirsli
sif.
1. Hiddətli, acıqlı, qəzəbli, hirslənmiş. Hirsli kişi. – [Məşədi Qəzənfər:] Məşədi, sənin bu aşnaların nə hirsli adamlardır? Ü.Hacıbəyov. [Mahmud] hirsli arvaddan əvvəlcə qorxdu. Ə.Əbülhəsən. // zərf Hirsli-hirsli. Hirsli danışmaq. Hirsli cavab vermək. – Nazir yerindən durmayıb, üzünü Salmana tutub hirsli soruşdu.. Ə.Haqverdiyev. Övrət hirsli girir ərinin otağına və başlayır bu cür məzəmmət eləməyə: – A kişi, sən olasan Allah, bu kitabları və kağızları tulla cəhənnəmə. C.Məmmədquluzadə. // Hirs, acıq, qəzəb ifadə edən; qəzəbli, acıqlı. Hirsli nəzər. Hirsli görkəm. – Geniş açılmış qırpımsız, hirsli gözləri gördükdə [arvada] elə gəldi ki, kişi heç bir an da yatmayıb. İ.Hüseynov.
2. məc. Şiddətli, kəskin, coşqun. Hirsli hava. Hirsli dəniz. – Axşamdan bəridir könlümdə yenə; Hirsli fırtınalar, qasırğalar var. S.Vurğun. hirsli-hirsli zərf Hirsli halda, qəzəbliqəzəbli, hiddətlənərək, acıqlı-acıqlı; qəzəblə, hirslə, hiddətlə. Hirsli-hirsli danışmaq. – Qara bəy hirsli-hirsli Oruca baxdı. Ə.Vəliyev. [Rəşid:] Canbalayevin hirslihirsli bir-birinə sıxılmış dodaqları, zəhmli gözləri təsəvvürümdən silinmirdi. İ.Hüseynov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
hirsli
acıqlı, əsəbi, qeyzli, kinli, tündməzac
{sinirli, asabi, gayzlı, kinli, sert mizaçlı}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
hirsli
kızgın, öfkeci
Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)
hirsli
intent, determined, desirous; lustful, passionate.