turklehceleri.org

hikmət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hikmət

is. [ər.]
1. Müdrik söz, dərin fikir, dərin məna, müdriklik, dərinlik. Onun sözlərində bir hikmət var. – Müdrik insanların hikmətlə dolu; Dərin söhbətinə minnətdaram mən. M.Rahim. // İbrətamiz, nəsihətli söz, kəlam. [Fərzəli:] Çobanın könlü olsa təkədən pendir tutar, – bu sözün hikməti böyükdür. Ə.Sadıq.
2. məc. Anlaşılmaz şey, gizli səbəb, sirr, müəmma. Bütün məclis təəccüb elədi ki, bu nə hikmətdir? “Lətif şah”. ..İtaliyada misli olmayan zəlzələ üz verib, .. alimlər oraya dolmuşlar ki, zəlzələnin hikmətlərini mümkün qədər öyrənsinlər. C.Məmmədquluzadə.
3. Keçmişdə: fəlsəfəyə, təbiət elmlərinə, xüsusən fizikaya verilən ad. [Sabbah:] Cəbrə, ya hikmətə vaqif bir adam; Səncə bir falçımı ya?! Anlayamam. H.Cavid. [Məşədi İbad:] ..Mən tarixi-nadir kitabını yarısına qədər oxumuşam, ona görə hikmət elmindən yaxşı biliyim vardır. Ü.Hacıbəyov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

hikmət

müdriklik, fazillik, aqillik, ağıllılıq
{müdriklik, fazıllık, akillik, akıllılık}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

hikmət

hikmet


Son arananlar: