heyvərə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
heyvərə
sif. və is.
1. Kobud, qanmaz, ləyaqətsiz, tərbiyəsiz, ədəbsiz, zırrama, ağzıyava, ağzıpozuq. Heyvərə adam. Heyvərənin biridir, dindirməsən yaxşıdır. – Qışqırdı bir qədər, zəhərdən acı; Qızışdı getdikcə heyvərə hacı. H.K.Sanılı. // Bəzən söyüş kimi işlədilir. [İsmayıl bəy:] Yalan danışma, heyvərə, mənim öz atlarım harada qalmışdı ki, səndən at istəyə idim. N.Vəzirov.
2. Yekə, zorba, nataraz, yöndəmsiz. Bozdar .. qocalmış, gözlərinə pərdə gəlmiş heyvərə bir köpəkdir. S.S.Axundov. Qamışın qalın bir yerində heyvərə bir çaqqal yerə sərilmişdi. M.Rzaquluzadə.
3. zərf Avara-avara, boş-boş, avara-sərgərdan. Dəxi ol sərvi-qədin kuyinə cənnət deyibən; Gəzmərəm küçələri heyvərə bundan sonra. S.Ə.Şirvani.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
heyvərə
kereste