heyvan
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
heyvan
is. [ər.]
1. İnsanı çıxmaqla hər cür canlı məxluq. [Qaçay:] Atalar deyib ki, heyvan iyləşə-iyləşə, insan dilləşə-dilləşə yaxınlaşar. Ə.Vəliyev. // Bitkilərdən başqa hər cür canlı varlıq. Vəhşi heyvan. Onurğasız heyvanlar.
2. Əhliləşdirilmiş dördayaqlı canlı məxluq. Ev heyvanları. Qoşqu heyvanları. – [Qara Kərəmoğlu:] Bir dəfə bazar ayağında bir dəstə adamın içində heyvanlardan söhbət düşür, biri deyir, camış yaxşı heyvandır, qatığı çox dadlı olur.. M.İbrahimov. Camal kişi heyvanları rahat eləmək üçün tövləyə getdi. Ə.Vəliyev.
3. Yabanı, vəhşi canlı məxluq. Yırtıcı heyvanlar. Meşə heyvanı. Xəzlik heyvan. – [Sitarə:] Meşə qaranlıq, özüm tək, vəhşi heyvanlar... C.Cabbarlı.
4. məc. Adətən yazıq, fağır, zavallı, aciz uşaq haqqında deyilir. [Məhəmmədağa:] Uşaq sizindir, onun xeyrini siz görəcəksiniz, əbəs yerə heyvan uşağı bədbəxt eləməyiniz, qoyunuz gəlib oxusun. N.Nərimanov.
5. məc. Qanmaz, anlamaz, kobud, yaxud ağılsız, dərrakəsiz adam haqqında. Heyvanın biridir. // Bəzən söyüş məqamında işlənir. [Məşədi İbad:] Görünür ki, heyvan balası dəllək hənanı pis yaxıbdır. Ü.Hacıbəyov.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
heyvan
hayvan