haqlı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
haqlı
sif. Düz deyən, düzgün fikirləşən, düz hərəkət edən, səhv etməyən (haqsız əksi). Xan, arvadının sözlərinin haqlı olduğunu anladı. Çəmənzəminli. Mühəndis etirafında haqlı idi. Ə.Sadıq. // Doğru, düz, düzgün, yerində, həqiqətə əsaslanan. Haqlı təklif. Haqlı tələb. Haqlı etiraz. – [Nadir] ..özünü töhmətləndirib, Məcidin hərəkətini haqlı (z.) görərək onun evləndiyini ağıllı iş hesab edirdi. B.Talıblı. Getmədi, getmədi qulaqlarından; Oğlunun dediyi o haqlı sözlər. B.Vahabzadə. ‣ Haqlı çıxarmaq – bəraət qazandırmaq, doğrultmaq. Əmir bu sözləri dedikdən sonra qismən sakit olmuşdu. O, qadınını haqlı çıxarmağa və öz vicdanını qane etməyə tələsirdi. M.S.Ordubadi. Haqlı çıxmaq – bir mübahisədə, tələbdə, fikirdə və s. doğru olduğu aşkar olmaq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
haqlı
I. doğru, düz, dürüst, qanuni
{doğru, âdil, dürüst, yasal}
II. günahsız, təqsirsiz
{günahsız, kusursuz}
III. insaflı, ədalətli, adil
{insaflı, adaletli, âdil}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
haqlı
meşru