turklehceleri.org

gəzişmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

gəzişmək

1. bax. gəzinmək 1-ci mənada. Dəhlizdə gəzişmək. – Mirzağa .. klubun böyükcə foyesində ağır addımlarla gəzişirdi. S.Hüseyn. Şəhərin məşhur taciri Hacı Xuduş otaqda o tərəf-bu tərəfə gəzişir. H.Nəzərli.
2. f. Açıq havada istirahət və ya vaxt keçirmək məqsədilə gəzmək; gəzinmək. Bağda gəzişmək. Parkda gəzişmək. – Yay fəslində, bir gün axşam çağında; Gəzişirdim Qız qalası dağında. A.Səhhət. Gəzişək qolqola sahil boyunca; Gəl-gəl Xəzərimin qırağına, gəl! S.Rüstəm. [Yaşar] ayağa durub gəzişsə idi, bəlkə bir qədər qızışardı. M.Rzaquluzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

gəzişmək

yerimək, getmək
{yürümek, gitmek}


Son arananlar: