gündəlik
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
gündəlik
1. sif. Hərgünkü, hər gün olan, hər gün baş verən, adi. Gündəlik rejim. – [Qətibə:] Həyatda yanılmamaq üçün onun sənə qarşı aldığı gündəlik vəziyyət və etdiyi söhbətlər barəsində mənə xəbər verməlisən... M.S.Ordubadi. // Hər gün çıxan. Hacı Səməd .. bu vaxt külfətə ya kitab, ya gündəlik qəzetlərdən oxuyardı. S.S.Axundov.
2. sif. Birgünlük, bir gün üçün lazım olan. Gündəlik plan. Gündəlik məlumat. – Fatma cəhrəçilik edib bir növ gündəlik çörəyini qazanırdı. S.S.Axundov.
3. is. Ekspedisiya, tədqiqat, təcrübə, səyahət və s. zamanı aparılan müşahidələrin hər gün qeyd edildiyi dəftər. Gəmi gündəliyi. Yol gündəliyi.
4. is. Evə verilmiş tapşırıqları və aldığı qiymətləri yazmaq üçün şagird dəftəri. Dərs cədvəlini gündəliyə yazmaq. Atası oğlunun gündəliyinə baxdı.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
gündəlik
gündelik, gündem