götürmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
götürmək
f.
1. Əlinə almaq, əlinə alıb qaldırmaq. [Xanməmməd] yaşıl çuxasının qollarını çiyninə atıb, .. heç bir təklif olmadan süfrədən halva götürüb ağzına qoydu. Çəmənzəminli. [Adil:] Təndirdən yenicə çıxmış isti çörəkləri götürüb alverə yollandım. B.Bayramov. Əziz çamadanı götürüb pilləkənlərlə yuxarı qalxdı. S.Rəhman. // Qaldırmaq. Ayaqlarının birini götürüb o birini qoyur. Ü.Hacıbəyov. Fətulla .. başını yastıqdan götürməyə, dirsəklənməyə çalışdı. Mir Cəlal.
2. Dəfn etmək üçün aparmaq, qaldırmaq (cənazə haqqında). Cənazəni götürmək. – Qərib öldü, götürün; Dar küçədən ötürün; Qəribin vay xəbərin; Anasına yetirin. (Bayatı).
3. Özü ilə bərabər aparmaq, yanınca aparmaq. – [Kərbəlayı Nənəxanıma:] Mən palazı satım, sən də sabah məşşatəni tap, götür, get qız axtarmağa. Çəmənzəminli. Müəllim ehtiyat üçün məktəb xidmətçisi Mahmud əmini də götürdü. B.Talıblı. [Məzlum:] Həyat fırtınası məni yad torpaqlara götürüb çıxarmışsa, özüm də ağciyər olmuşam.. S.Vəliyev.
4. Öz tərkibinə almaq, qəbul etmək, daxil etmək. Rəşid oğlana üz tutdu: – Səni qulluğa götürmək mənim boynuma. M.Hüseyn. Əbili uşaq evinə götürdülər. Ə.Vəliyev.
5. Qavramaq, yadda saxlamaq, öyrənmək, mənimsəmək. Ülkərlə Səttar çox zehinli uşaq idilər, müəllim dediyi sözləri əlbəəl götürüb tutuquşu kimi rəvan eləyirdilər. (Nağıl). On üçümdə məclislərdə oturdum; On dördümdə hər nə varsa götürdüm. Aşıq Qurban.
6. Əldə etmək, məhsul almaq. Bol məhsul götürmək.
7. Hər tərəfə yayılmaq, bürümək, basmaq, yayılmaq, qaplamaq, sarmaq. Qəflətən bir qorxulu səs meşəni götürdü.. Faytonçu dedi: – Qorxma, xanım, bayquşdur ulayır. S.S.Axundov. Qədim dayı küncə çəkilib, xurcunu başının altına qoydu, bir azdan xorultusu çayxananı götürdü. S.Rəhimov. Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal.
8. Nəzərə almaq, misal çəkmək, nümunə gətirmək (bu mənada adətən “götürək” şəklində işlənir). [Süleyman:] Məsələn, götürək, bizim cavan tacirimiz Əsgəri.. Ü.Hacıbəyov.
9. Xərc tələb olunmaq, sərf olunmaq; xərclənmək, başa gəlmək. Kostyum 60 manat götürdü. – [Möhsünzadə:] Bir iyirmi manat da uşaqların və Mehribanın əyni-başı götürər. S.Hüseyn. [Böyük oğlu:] Üç manat [doktora] verdim, iki manat on altı qəpik də dərmanları götürdü. Qantəmir.
10. Başlamaq, şüru etmək, ibtidasını qoymaq.
11. Hirsləndirmək, əsəbiləşdirmək, qızışdırmaq, bərk təsir etmək. Təklifim onu götürdü. – Söz Hacı Manafı götürmüşdü. S.Hüseyn. Qızın sözü Nərgizi bərk götürdü. Ə.Məmmədxanlı.
12. Əxz etmək, almaq. Mövzunu folklordan götürmək. Fikri başqasından götürmək. Söz götürmək.
13. Dözmək, təhəmmül etmək, qəbul etmək. Söz götürmək.
14. Çıxarmaq (baş geyimləri haqqında] Papağı götürmək. Oğlan şlyapasını götürdü.
15. Yemək, dadmaq. Kababdan bir tikə götürdü.
16. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldir; məs.: od götürmək, əl götürmək, çimdik götürmək, boynuna götürmək.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
götürmək
I. almaq, aparmaq
{almak, götürmek}
II. qaldırmaq
{kaldırmak}
III. qatlaşmaq, dözmək
{katlanmak, sabretmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
götürmək
almak, götürmek