gumbultu
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
gumbultu
təql. Ağır bir şey düşdükdə, yaxud bir şeyə dəydikdə çıxan çox bərk, boğuq səs. Gecədən xeyli keçmiş bacadan gumbultu ilə bir şey içəri düşdü. S.S.Axundov. Ağaclar gumbultu ilə qatarın hər iki tərəfində yerə düşdü. Q.İlkin. // Təbil, nağara, dəf və b. zərbli musiqi alətləri çalınarkən çıxan səs. Sinclərin amansız cingiltisi, təbillərin müdhiş gumbultusu göyə yüksəlir. Ə.Məmmədxanlı. // bax. gurultu 1-ci mənada. ..Uzaqlardan arabir top mərmilərinin gumbultusu eşidilirdi. M.Hüseyn.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
gumbultu
tappıltı, gurultu, şaqqıltı, patırtı
{takırtı, gürültü, şakırtı, patırtı}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
gumbultu
hayhuy