girişmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
girişmək
f.
1. Həvəslə, ciddiyyətlə bir işə başlamaq, şüru etmək. İşə girişmək. Yarışa girişmək. – [Nəsir] hələ bəzi vaxt öz fikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi. S.Hüseyn. Məclis sakit idi, hamı yeməyə girişmişdi, ağız marçıltısından başqa bir şey eşidilmirdi. Çəmənzəminli.
2. Cürət etmək, cəsarət göstərmək. Başqa adam belə işə çətin girişərdi. Qantəmir.
3. Üstünə hücum etmək, cummaq. İkisi də qızmış nər kimi bir-birinə girişdilər. “Koroğlu”. Rüstəm kişi pencəyini çıxarıb kənara atdı, Lal Hüseynə girişdi. M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
girişmək
başlamaq, yapışmaq, tutmaq
{başlamak, yapışmak, tutmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
girişmək
girişmek, koyulmak, tutuşmak