fırlanmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
fırlanmaq
f.
1. Öz oxu ətrafında dairəvi hərəkət etmək, dolanmaq, hərlənmək, dövr etmək. [Qüdrət:] Baxıram, təkərlər fırlanır, motorlar işləyir, hər şey hərəkət edir. C.Cabbarlı. Dəyirman pərləri elə fırlanır ki, görmək olmur. Mir Cəlal.
2. Bir şeyin ətrafına dolanmaq, hərlənmək, o yan-bu yanına keçmək. Evin ətrafına fırlanmaq. – ..Qənbərli dönüb motorun dövrəsinə fırlandı. S.Rəhimov.
3. Rəqs zamanı dönmək, dolanmaq, hərlənmək. Qaraca qız elə bir tərzdə fırlandı ki, baxanların nəzərində bir şar kimi göründü. S.S.Axundov. Vals oynayan oğlan və qızlar bir-iki-üç, bir-iki-üç sayı ilə fırlanırlar. Ə.Bədəlbəyli.
4. Konkret bir məqsədi olmadan gəzmək; gəzişmək, gəzinmək. Parkda fırlanmaq. – [Qurban:] Heç, elə bazara çıxdım, bir az fırlandım, qayıtdım. Ə.Haqverdiyev. Anası [Tahirin] çox o yan-bu yana fırlandığını hiss edib, xəmirdən əllərini çıxarmayaraq arxaya sarı boylandı.. M.Hüseyn.
5. Kiçik bir yerdə ora-bura hərəkət etmək; gedib-gəlmək, gəzinmək, gəzişmək. Gənc bir doktor daima [Yaqutun] başı yanında fırlanırdı. Ə.Məmmədxanlı.
Son arananlar:
- pakizə,
- ertagi,
- acknowledgment,
- chozgilamoq,
- Aytış,
- göreşgen,
- Əzələ,
- qondarmaçılıq,
- school,
- göbək,
- ganch,
- Cegiv,
- daax,
- supporting,
- bobiy,
- köfte,
- socioeconomic,
- tokmö,
- axnaşmaq,
- potrat,
- arzumen,
- fırlanmaq