eyn
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
eyn
is. [ər.] klas. Göz. Axdı eynim yaşı, döndü sellərə; Yar içən sulara qarışdımı ola? Aşıq Dilqəm. Müddətdir eynindən cida düşmüşəm; Həsrətini çəkər hər zaman Pəri! Aşıq Pəri. ..[Qəhrəman] düşündükcə ötən günləri xatırlayır, eynində atasının uzun yamaqlı arxalığı .. canlanırdı. S.Rəhimov. ‣ Eyni açılmaq – halı yaxşılaşmaq, kefi yaxşılaşmaq, üz-gözü açılmaq, gümrahlanmaq, dilxorluğu, kəsaləti keçmək. [Usta Murtuz Əkbərə:] ..Dur əl-üzünü yu, eynin açılsın, yatdıqca ağırlaşırsan. Mir Cəlal. Axşam kənddə əl-ayaq yığılan vaxt Qədir oyandı. Soyuq su ilə yuyunandan sonra eyni açıldı. Ə.Vəliyev. Eyninə deyil – vecinə gəlmir, saymır, təsirlənmir. Eyninə gəlməmək (girməmək) – vecinə gəlməmək, vecinə almamaq, əhəmiyyət verməmək, saymamaq, təsirlənməmək. Olsa yüz üzü gül, girməz eynimə; Mən ancaq bir gülüzarə aşiqəm. M.P.Vaqif. Top gülləsinin qabağında səngərə girən, çuxura, daş dalına soxulan, qazmaya girib gizlənən kim? Amma mən? Eynimə gəlmədi. Ə.Əbülhəsən.