turklehceleri.org

eyib

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

eyib

is. [ər.]
1. Utanılacaq hal və ya hərəkət; nöqsan, kəsir, qüsur. Bundan əlavə, dəxi Yusif şahda həzar gunə özgə eyiblər tapdılar. M.F.Axundzadə. Eybimizi çulğalamışdı aba; Hər nə gəlirdi boşalırdı qaba. M.Ə.Sabir. Həqiqət, ər və arvad Bahadıra nəinki bir eyib tapmırdılar, hətta onu sevirdilər. N.Nərimanov. • Eyib etmək – eyib sanmaq, eyib tutmaq, eyibləndirmək, utandırmaq, qüsur tutmaq. Gül yanağın həsrətindən ağlasam eyb etmə, kim; Bülbüli şövqündə giryan şol gülixəndan edər. Nəsimi. Gözüm yaşı gündən-günə fərq elər; Eyb etməyin, məni qana qərq elər. M.V.Vidadi. Eybini açmaq – ifşa etmək, eybini, nöqsanını açıb göstərmək.
2. Utanılmalı, xəcalət çəkilməli. Eyib söz. Eyib iş. ‣ Eybi yox(dur) – 1) razılıq bildirir. Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti; Qoy səni xar eyləsinlər xanü əyan, qəm yemə! M.Ə.Sabir. Eybi yoxdur, mən sizin səadətiniz uğrunda iqbalımı bir daha sınaram. M.S.Ordubadi; 2) ziyanı yoxdur, fikir etmə (təsəlli bildirir). [Ceyran xala:] Eybi yoxdur, oğul! Ümidini itirmə. Mənim qızım dəyanətli qızdır. S.Rəhman. Eybinə gəlmək – özü üçün eyib saymaq, utanmaq, sıxılmaq, xəcalət çəkmək. [Ömər:] Doğrusu, mənim eybimə gəlir deyəm. N.Nərimanov. Eybinə gəlir ki, bu sözləri dilinə gətirirsən? Ə.Vəliyev. Eybinə kor olmaq – öz eybini, qüsurunu, nöqsanını bilib utanmaq, xəcalət çəkmək. Ey zahidi-xudbin, yürü, öz eybinə kor ol! S.Ə.Şirvani. Elə bu başla zavod saxlayırsan? Eybinə kor olmaq əvəzinə, hökuməti borclu çıxarırsan? Ə.Vəliyev. Eybini üzünə demək – çəkinmədən birinin nöqsanını, qüsurunu açıb özünə söyləmək. Eyib də olsa – söylənilməsi eyib sayılan bir sözü dedikdə, hörmət, nəzakət gözləmək məqsədi ilə işlənən ifadə. [Hacı:] Xeyirdir, inşallah! Mənim, eyib də olsa, evdə bir yetişmiş qızım var, iki aydır ki, xəstə yatır. R.Əfəndiyev. [Səriyyə xala qoca pinəçiyə:] ..Bəlkə sən biləsən, eyib də olsa, kişinin adı Musadır, oğlanın da Firidun?.. M.İbrahimov. Eyib etməz (eləməz) – bax. eybi yox(dur). [Gülməmməd:] Eyib etməz, ağlama, canımız sağ olsun, biz ölməmişik. M.Əliyev. [Vaqif Ağaməmməd Qacara:] Eyib etməz, sizə də çatar bir əvəz; Qatır cinsisiniz, doğubtörəməz. S.Vurğun. Eyib içində olmaq – çox nöqsanlı, qüsurlu olmaq. Özü eyib içində olduğu halda, başqalarına irad tutur. Eyib olsun! – danlama ifadəsi. [Rüstəm bəy:] ..Həsənqulu bəy, Rza bəy, sizin üçün eyib olsun ki, bu cürə axmaq sözə inanıb mənim qapıma gəlirsiniz. Ü.Hacıbəyov. Eyib yerlər – bədənin məhrəm yerləri. Nə eybi (var) – eyib etməz, eybi yoxdur, zərəri yoxdur; nə zərəri. Gər yar üçün əğyari tutum dust, nə eybi; Gül xatirinə eyləmişəm xarə məhəbbət. S.Ə.Şirvani. Hər bir ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?! C.Məmmədquluzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

eyib

nöqsan, kəsir, qüsur
{noksan, eksik, kusur}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

eyib

ayıp, maskaralık, özür


Son arananlar: