erkən
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
erkən
zərf.
1. Səhər tezdən, sübhdən, ertə. Erkən yola düşmək. Erkən durmaq. – Qara .. hər səhər erkən evə gəlib qarıya baş çəkərdi. Ə.Əbülhəsən. Maya yuxudan erkən qalxdı. M.İbrahimov. [Kamil] səhər erkən, hamıdan tez durar, .. əlüzyuyana su töküb buğlana-buğlana əl-üzünü yuyar, məktəbə gedərdi. M.Rzaquluzadə.
2. Vaxtından əvvəl, tez. Hacı yenə evə erkən qayıtmışdı. A.Şaiq. Gülpəri erkən gedib mənzilə çatmaq üçün faytonları qovdururdu. S.S.Axundov. Mən o sevdalı qızın; O qanadlı ulduzun; Hər halını sevərkən; Bu bəlaya lap erkən; Düşməyimi bilməzdim. S.Vurğun.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
erkən
tezdən, sübhdən, ertə
{erkenden, sabahtan, önceden}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
erkən
erken