turklehceleri.org

dəzgah

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dəzgah

is. [fars.]
1. Ağac, metal və başqa materialları emal edən və müxtəlif şeylər hazırlayan maşın. Deşmə dəzgahı. Toxuculuq dəzgahı. Qazma dəzgahı. – Kərim birbaş qazma dəzgahının yanında durmuş uzunboylu, sarışın adama yaxınlaşdı. M.İbrahimov. Son sistemli torna və deşmə dəzgahları yan-yana işləyirdi. Ə.Sadıq.
2. Üzərində ustaların iş gördükləri böyük masa. Dərzi dəzgahı. Çilingər dəzgahı.
3. Xalça, palaz və s. toxumaq üçün qurğu; xana. Xalçalar hündür dəzgahlarda toxunur.
4. Quruda qayrılan gəminin oturulduğu qurğu. // Bənnaların, suvaqçıların və b.-nın üstündə dayanıb işlədikləri taxtapuş.
5. Topun, pulemyotun və b. ağır silahların gövdəsinin bənd edildiyi altlıq.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dəzgah

tezgâh


Son arananlar: