dəstək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dəstək
is. [fars.]
1. Bax dəstə2 . Şəmiddin ağa ayağa durdu. Əlini qapının dəstəyinə uzatmazdan əvvəl dönüb anasına baxdı. İ.Şıxlı. // Mexanizmi, cihazı və s.-ni çevirmək və ya döndərmək üçün onun əl ilə tutulan hissəsi. [Kosaoğlu] telefonun qulpunu hərləyib zəng etdi. Dəstəyi götürüb qulağına yaxınlaşdırdı. İ.Şıxlı.
2. Ağacdan və ya başqa şeydən olan sütun. Qadir dəstəyə söykənib durdu. Ə.Əbülhəsən.
3. Sınmamaq üçün meyvəsi çox olan ağac budaqlarının altına qoyulan bir ucu haça ağac; paya, dayaq. Alma ağacının dəstəyi.
4. Bəzi cihazların dayağı, dayanacağı, ayağı. Fotoaparatın dəstəyi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dəstək
I. əl
{el}
II. paya, dayaq
{ayak, dayanak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dəstək
ahize, sap