turklehceleri.org

dərgah

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dərgah

(=dərgəh) is. [fars.] klas.
1. Astana, kandar, qapı önü; böyük adamların qapısı; saray, iqamətgah. [Xaqani:] Nizami! Lütf ilə soruşsan nəyəm? Sənin dərgahında aciz bəndəyəm. M.Rahim.
2. məc. din. Allahın mərhəməti, şəfqəti, köməyi, inayəti mənasında (bəzən “Allah”, “həqq” sözləri ilə). Yarəb, kərəm et ki, xarü zarəm; Dərgahə bəsi ümidvarəm. Füzuli. ..Həmşəriləri təziyə məclisinə .. qoymayanda .. başlarını salardılar aşağa və özözlərinə deyərdilər: – Allah, şükür dərgahına! C.Məmmədquluzadə. Xəlifə onların hər birinə tək-tək cavab verib, onlar üçün Allah dərgahından səadət və dövlət rica edəcəyini və duasını onların barəsində şamil edəcəyini vədə verdi. M.S.Ordubadi. • Əllərini Allah dərgahına qaldırmaq (qalxızmaq) – Allaha müraciətlə əllərini göyə qaldırıb ona yalvarmaq, raz-niyaz etmək. [Sona xanım:] Əziz Allah, dərgahına qalxızmışam əllərimi! Ə.Haqverdiyev.
3. məc. tənt. Ev. Peymanını pozan xəyal həmdəmim; Dərgahıma sayə salmayacaqdır. S.Vurğun.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dərgah

dergâh


Son arananlar: