dəlil
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dəlil
is. [ər.] Hər hansı bir şeyi sübut etmək üçün əsas; sübut. Tutarlı dəlil. Dəlil gətirmək. Bunu sübut etmək üçün dəlil lazımdır. – [Hacı Kərim:] İksirin aləmdə vücudu olmağına dəlil çoxdur! M.F.Axundzadə. Müəllim hiss etdi ki, belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir. S.Hüseyn. Məmməd bəyin dəlilləri Rəşid bəyi xeyli düşündürdü. M.Hüseyn. ‣ Dəlil etmək – yol göstərmək, nəsihət etmək (bəzən “nəsihət”, “dəlalət” sözləri ilə birlikdə işlənir). Xəyalımda qoymuşdum; dəlil-nəsihət etməklə Məşədini yola gətirəm. C.Məmmədquluzadə. Sadıq şirin dilini işə saldı. Kərimə göz vurdu. Xanpəriyə dəlil-dəlalət elədi. Ə.Vəliyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dəlil
sübut, əsas
{işaret, esas}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dəlil
dayanak, delil, emare, gerekçe, ip ucu, kanıt, tanık