turklehceleri.org

dəhnə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dəhnə

I. is. [fars.] Yüyənin və ya cilovun atın ağzına salınan dəmir hissəsi; cövzə. At dəhnəni çeynəyə-çeynəyə irəli atıldı. – [Boz at] ağzını canavar kimi açıb çilovun dəhnəsini gəmirir, paçasını gen ataraq qaçırdı. Ə.Vəliyev.

II. is. [fars.]
1. Ana xətdən ayrılan arxın, şırımın və s.-nin başlanğıcı. Bu dəhnə sel dəhnəsidir, Lil hökmran, qaya əsir... M.Araz. Görürəm Tərtər HES-in köpürdüyünü; Polad dəhnədə. M.Müşfiq.
2. Dəyirman arxında suyun yığıldığı yer; bənd. Dəyirmanı yatırtdıqda suyu dəhnədən arxa buraxdılar. S.S.Axundov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dəhnə

I. cövzə
{atın yeninin demir kısmı}

II. bənd
{bağ}


Son arananlar: