turklehceleri.org

dövr

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dövr

I. is. [ər.]
1. Dolanma, hərlənmə, fırlanma; bir şeyin öz oxu ətrafında hərəkəti. • Dövr etmək – 1) bir şeyin ətrafında hərlənmək, fırlanmaq, dövrəvi hərəkət etmək. Hələ dan ulduzu batmayıb, ərşi-fələkdə öz dövrünü edirdi. A.Divanbəyoğlu. Hərlənib dövr edən yerlər, fələklər; Bu səsi hər zaman eşidəcəklər. M.Rahim. // Dolaşmaq, dolanmaq, gəzmək. Bazarı dövr edib mənzilə qayıdan zaman övrətə rast gəldim.. N.Vəzirov; 2) dövrə vurmaq. Humay kimi dövr edərəm havada; Babam öldü, yetim qaldım yuvada. Qurbani. ..Tağı əmi kimi quşu ağaca buraxıb çağırmağa cürət edə bilmirdim. Qorxurdum ki, dövr edib havaya qalxsın, tuta bilməyim. S.S.Axundov; 3) dövran etmək, dövrəvi şəkildə hərəkət etmək. Dərya və qeyri yerlərdə mövcud olan sular daima buxar olaraq dövr edən havaya qarışır, yuxarı qalxır, bulud və duman olur. H.Zərdabi; 4) yaşamaq, dövran sürmək. Zimistanda dövr edərdin; Yaz, bahara boyan, könül! “Koroğlu”; 5) məc. düz gəlmək, müvafiqət etmək. Dövr qılmaq klas. – bax dövr etmək 5-ci mənada. Fələk, muradım ilə dövr qılmadın bir gün. S.Ə.Şirvani. Dövr vurmaq – bax dövrə vurmaq (“dövrə”də). [Ağca xanım] bir-iki dövr vurandan sonra, Qaraca qızı çağırdı, o da dərhal sıçrayıb ortalığa girdi. S.S.Axundov. Dövrə çıxmaq – gəzmək, gəzişmək, dolanmaq, gəzməyə çıxmaq. Bir xəbər də budur ki, pəncşənbə günü dövrə çıxmışdım, Quba meydanında dörd nəfər dərvişin mərəkə qurduğunu gördüm... N.Vəzirov. // Bir şeyin ətrafında, yaxud öz oxu ətrafında olan hərəkətin hər dövrəsi; bir dəfə dolanması. Təkərin dövrü.
2. Zamanın hər hansı bir cəhətdən səciyyəvi olan böyük, ya kiçik qismi. İntibah dövrü. Feodalizm dövrü. İnqilabi dövr. Müharibədən sonrakı dövr. İnkişaf dövrü. – Gənc dostum, bütün millətlər öz tarixində cəhalət dövrünü sürmüşdür. S.S.Axundov. Məmmədquluzadənin 40 ilə yaxın ədəbi və 20 ildən artıq davam edən jurnalistlik fəaliyyəti “imperializm inqilabları” dövrünə təsadüf edir. M.İbrahimov. // Çağ, zaman, vaxt. Uşaqlıq dövrü. Cavanlıq dövrü. Tələbəlik dövrü. – Həsən bəy Zərdabi, dövrünün qabaqcıl adamı və Azərbaycan torpağının atəşin vətənpərvəri idi. M.İbrahimov. • Dövri-fələk klas. – bax dövr(i)-zaman 2-ci mənada. ..Bu keçən gün elədim dövrifələkdən ahü-zar. Aciz. Dövri-gərdun klas. – bax dövr(i)-zaman 2-ci mənada. Dövri-qədim – qədim dövr. Vətən zindan olub dövrü-qədimdən, Vətənin ən böyük oğullarına. B.Vahabzadə. Dövr(i)-zaman klas. – 1) dövr, zəmanə, vaxt. Bu dövr-zamanda beş gün kişinin; Bir yaxşı vəfalı yarı gərəkdir. Q.Zakir. ..Bu necə dövr-zamandır ki, işim ahü-fəğandır.. M.Ə.Sabir; 2) məc. bəxt, tale, qədər. Kibrü qürurdən, – dedi, – en, enmədim; Endirdi indi dövri-zəmanə yavaşyavaş. Q.Zakir.
3. Bir şeyin, xüsusən, xəstəliyin inkişafında mərhələ, pillə. Vərəmin ikinci dövrü. Xəstəliyin birinci dövrü qorxuludur.
4. məc. klas. Çevrə, dairə, dövrə, ətraf. Nə xoşdur arizin dövründə zülfi-ənbərəfşanın. Füzuli. Bu ümid ilə ki, qəmzəndən alam kamidilim; Düzülüb gözlərivin dövrünə mərdüm səf-səf. S.Ə.Şirvani. Şəm tək göz yaşım axmazdı qəmindən gecələr; Dövri-ruyindəki pərvanələr ağlatdı məni. Ə.Vahid.

II. is. Məclisin baş tərəfi, hörmətli və şərəfli sayılan yeri.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dövr

I. fırlanma, dolanma, hərlənmə
{dolaşma, dolanma, gezinme}

II. zəmanə, vaxt
{zaman, vakit}

III. bəxt, tale, qədər
{şans, talih, kader}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dövr

aşama, çağ, devir, dönem, safha, süre


Son arananlar: