turklehceleri.org

döndərmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

döndərmək

f.
1. İstiqamətini yana və ya geriyə, yaxud başqa tərəfə yönəltmək. [Rüstəm] yavaşca öküzün boynuna vurub həyətə döndərdi. S.Rəhimov. ..Şirəhməd gördü ki, maşını döndərməyə yer qalmamışdır. H.Seyidbəyli.
2. Əvvəlki vəziyyətinin əksinə dəyişmək. // Bir tərəfə çevirmək. Üzünü bizə tərəf döndərdi. – Döndərmək çox çətindir, Onu öz axarından. Axar su kir götürmür. B.Vahabzadə. // Tuşlamaq, yönəltmək. Topun ağzını, hədəfə döndərmək.
3. Tərsinə qoymaq, çevirmək. Stəkanı ağzı aşağı döndərmək. Üzü üstə döndərmək. // Böyrü üstə yıxmaq, devirmək, aşırmaq. Arabanı döndərdi. Qazanı döndərmək. // İçini bayırına və ya önünü arxasına çevirmək. Yastığı döndərmək.
4. ...şəklinə salmaq, ...halına salmaq, ...çevirmək. Suyu buza döndərmək. – Gör necə alt-üst eləyib şeyləri; Döndərib “a-ba”ya “əlif-bey”ləri. M.Ə.Sabir. Əhməd varyoxunu satıb nağd pula döndərdi ki, özü ilə aparsın və oradan mal alıb buraya gətirsin. B.Talıblı. Xandostu! Düşübdür yeni sövdayə bizim qız! Düz qəddimi döndərdi mənim yayə bizim qız! Ə.Nəzmi.
5. Soldurmaq. Günəş paltarın rəngini döndərdi. – Zəfəran tək bənzimi döndərdi ol birəhm yar. Nəsimi.
6. İnandıraraq qəbul etdirmək. [Axund Səməd:] Hətta mən istədim ki, cuhudlara .. dəxi əl qatıb onları da şiə məzhəbinə döndərim, amma bir para kimsənələr məsləhət görmədilər ki, lüzumu yoxdur. M.F.Axundzadə.
7. Vaz keçdirmək, əl çəkməyə məcbur etmək; daşındırmaq. Fikrindən döndərmək. Qəsdindən döndərmək. – Dinini döndərgil, ey zahid, ki yaxşı din degil. Füzuli. Heç bir təhlükə, heç bir qorxu [Firidunu] qərarından döndərə bilmədi. M.İbrahimov. ‣ Üz döndərmək – bax üz. Sayadım sayıq deyil; Yatıbdı, ayıq deyil; Söz verib üz döndərmək; Heç yara layıq deyil. (Bayatı).

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

döndərmək

I. çevirmek
{çevirmek}

II. devirmək, yıxmaq, aşırmaq
{devirmek, yıkmak, aşırmak}

III. yönəltmək, çevirmək
{yöneltmek, çevirmek}

IV. tuşlamaq, yönəltmək
{hedeflemek, yöneltmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

döndərmək

sapmak


Son arananlar: