turklehceleri.org

durğunluq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

durğunluq

is.
1. Durğun şeyin halı; hərəkətsizlik, hərəkət etməmə. [Turxan bəy:] Hər duruşunda, hər baxışında bir durğunluq var. H.Cavid. İndi [Qısanın] simasında intihara qərar vermiş kimi, küt bir durğunluq vardı. Mir Cəlal.
2. məc. İctimai həyatda, mədəniyyətdə, təsərrüfatda və s.-də inkişafsızlıq, hərəkətsizlik. C.Məmmədquluzadə fikri durğunluq, gerilik, cəhalət tüstüsünün xalq üçün yaratdığı qorxudan həyəcanlı danışaraq əlac etməyə çağırırdı. M.İbrahimov. Cəfər Cabbarlının vəfatından sonra səhnədə və dramaturgiyada bir durğunluq əmələ gəldi. S.Rəhman.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

durğunluq

duraklama, sükûn, sükûnet


Son arananlar: