turklehceleri.org

doğulmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

doğulmaq

f.
1. Anadan olmaq, dünyaya gəlmək. Nizami 1141-ci ildə doğulmuşdur. – Tutalım sən o vaxt olmamısan; Anadan, ya ki heç doğulmamısan. A.Səhhət. Şad oldum o gün ki, sən doğuldun; Min şükr elədim ki, oğlum oldun. M.Ə.Sabir.
2. məc. Törəmək, meydana gəlmək. Bir nəğmə ki doğulmuşdur mübarizə surətindən. R.Rza. Ümumiyyətlə, “Molla Nəsrəddin” susmağı bacarmırdı, o, etiraz etmək üçün doğulmuşdu. M.İbrahimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

doğulmaq

törəmək
{türemek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

doğulmaq

doğmak


Son arananlar: