donuq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
donuq
sif.
1. Donmuş, buzlaşmış, buz bağlamış. // Bərk üşümüş.
2. Üstü donmuş kimi, tutqun, dumanlı; parıltısı, işıltısı olmayan, şəffaf olmayan, cilasız. Donuq şüşə. Lampanın donuq işığı. – Ay yorğun və solğun çöhrəsi ilə buludların arasında gah batır, gah çıxır, parlaq və donuq bir ziya saçırdı. Ə.Vəliyev.
3. məc. Göy, hissiz, duyğusuz, quru, ölgün. İki dizi üzərində dikələrək donuq və şübhəli baxışlarla məni süzdü. A.Şaiq. Eşqsiz yaşayan donuq bir insan; İçini qurd yemiş boş bir ağacdır. S.Vurğun.
4. məc. Hərəkətsiz, inkişafsız, tərəqqisiz bir vəziyyətdə qalan. Əsərdə həyatı donuq bir vəziyyətdə saxlayan ictimai münasibətlər tənqid edilir.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
donuq
I. tutqun, dumanlı
{sisli, dumanlı}
II. key, hissiz, duygusuz, quru, ölgün
{cansız, hissiz, duygusuz, kuru, ölgün}
III. hərəkətsiz
{hareketsiz}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
donuq
donuk