turklehceleri.org

dirək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dirək

is.
1. Bir şeyi saxlamaq üçün altına vurulan tir, sütun, dayaq. Ağac dirək. Daş dirək. – Şirəli daxmanın dirəyinə qısıldı. M.Hüseyn. Eyvanın dirəyindən asılmış kiçik bir kisədən bir ovuc dən götürüb həyətə səpdi. M.Rzaquluzadə. // Elektrik, telefon məftillərini asmaq üçün dikinə basdırılmış dəmir, beton, ya ağac sütun. Yollar boyu uzanmışdır elektrik dirəkləri... M.Rahim. İş məntəqəsinin müxtəlif yerlərində dirəklərə vurulmuş radio cihazları dillənib partlayışların harada olacağını xəbər verdi. Ə.Sadıq. // Dorağacı. Batumi limanında duran gəmilərin dirəkləri uzaqdan kiçik qutulara taxılmış kibrit çöpü kimi görünürdü. M.S.Ordubadi.
2. məc. Arxa, kömək, daldanacaq mənasında. Böyük oğul ailənin dirəyidir. – Aqil kişi durbin gərəkdir; Dünyada ümid bir dirəkdir. Füzuli. Qıratdı mənim dirəyim. “Koroğlu”. Şair deyər mahnısında: “Ellər bizim anamızdır; Evimizin ellər adlı bir yıxılmaz dirəyi var”. S.Vurğun. • Dirək olmaq – arxa durmaq, kömək etmək. De gəl yoxsullara olgilən dirək; Yetimli dullara vergilən çörək. H.K.Sanılı. ‣ Dirəyi qızıldan olmaq – çox varlı, zəngin, dövlətli adam haqqında. Dirək kimi – çox uzun adam haqqında. Surxay dirək kimi dimdik durur, tərpənməyirdi. M.Hüseyn.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dirək

I. tir, sütun, dayaq
{ağaç kütüğü, sütun, dayanak}

II. arxa, kömək
{himaye, yardım}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dirək

direk


Son arananlar: