turklehceleri.org

dindirmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dindirmək

f.
1. Danışdırmaq, söylətmək. Yarı xəlvətdə gördüm; Dindirmədim doyunca. (Bayatı). // məc. Əzizləmək, oxşamaq. Yerlərdə süründün, yetişər, göylərə qaldır; Dindir qucağında. H.Cavid. Ürkək baxışlarınla ruhumu dindirəydin; Məni sevindirəydin. M.Müşfiq. // məc. Çalmaq, səsləndirmək. Sonra kamançanı da birisinə verərək: – Firidun xan, al, bir bunu dindir, görüm, – dedi. M.S.Ordubadi. [Rübabə] divardan tarı alıb istəkli kimi bağrına basdı, simləri dindirdi. Mir Cəlal. // İnkar şəklində: dindirməmək – danışdırmamaq, küsülü olmaq. Çoxdandır bir-birlərini dindirmirlər. – Xatırında varmı, hərdən küsüşüb; Deyərdin: – Danışma, dindirmə məni? R.Rza.
2. Bir işi aydınlaşdırıb müəyyənləşdirmək üçün danışdırmaq, sorğu-sual etmək, istintaq etmək. Məhkəmədə bu gün şahidləri dindirəcəklər. – Vahidin özünü də çağırıb müttəhim kimi qapı ağzında xeyli dayandırdılar və sonra dindirdilər. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dindirmək

danışdırmaq, söylətmək, soruşmaq
{konuşmak, söyletmek, sormak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dindirmək

soruşturmak


Son arananlar: