hicab
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
hicab
is. [ər.] klas.
1. Pərdə, örtü. Yaşadıqca cavanlana, enlənə; Bir hicabda, bir pərdədə əylənə. M.P.Vaqif. // Məc. mənada. Üzdən götürüb ədəb niqabın; Rəf eylədilər həya hicabın. Füzuli.
2. İslam dinində: yad kişilərə görünməmək üçün qadınların üzünü örtməsi, gizlətməsi; yaşınma. [Hacı Həsən:] [İskəndərin] hələ kefliliyi qalsın kənarda, hələ hicabı da danır. Deyir ki, gərək övrətlər üzüaçıq gəzələr. C.Məmmədquluzadə. • Hicab etmək (eləmək) – yaşınmaq, üzünü gizlətmək. Könülləri çox biqərar edirsən; Aç bir üzün, göstər, hicab eyləmə! A.Səhhət.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
hicab
hicap