dincəlmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dincəlmək
f. İstirahətlə öz qüvvəsini bərpa etmək, yorğunluğunu almaq, istirahət etmək, dincini almaq, rahatlanmaq. [Məşədi Mürsəl:] Buyur, içəri gəl, gəl dincəl, yorulmusan.. T.Ş.Simurq. Ovdakı yorğunluğun da, dincəlməyin də başqa bir dadı var. M.Rzaquluzadə. Ağca xanımın yeriməyə, danışmağa taqəti qalmasa da, xəyalı dincəlirdi. Mir Cəlal. // İstirahətini bir yerdə keçirmək. Bu il harada dincəldin? – Yayın isti günlərində; Dincəlmişik gözəl, sərin; Kölgəsində meşələrin. M.Dilbazi. // Rahat olmaq, sakit olmaq, rahatlanmaq, intizardan, təlaşdan, təşvişdən qurtarmaq. Oğlundan bir xəbər olmadığı üçün heç dincələ bilmir. – Yar məndən üz döndərdi; Qoy dincəlsin xalq indi. (Bayatı). Həsənəli bəy gedəndən sonra Məşədi Əsgərin ürəyi bir az dincəlmişdi. S.M.Qənizadə. // Sakit olmaq, işinə, hərəkətinə, fəaliyyətinə ara vermək. Ticarət əzmilə Hində gedərdi; Gecə-gündüz dincəlməyib sürərdi. Q.Zakir. Çıraq yanır, mənim yuxum gəlməyir; Vıyıldayır külək də, dincəlməyir. A.Səhhət. [Səriyyə xala:] Ağlama oğul, dincəl, gedərik. Başını dizimin üstünə qoy! M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dincəlmək
rahatlanmaq
{rahatlamak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dincəlmək
dinlenmek, konaklamak