dilxoşluq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dilxoşluq
is.
1. Şadlıq, fərəh, sevinc, məmnunluq. Atası da dilxoşluq ilə oğluna baxırdı və görürdüm ki, oğlunun biliyinə qəlbdən çox-çox fəxr edirdi. C.Məmmədquluzadə. Hünər gələndə özü ilə şənlik və dilxoşluq gətirərdi. Mir Cəlal.
2. dan. Zarafat, əylənmə, mazaqlaşma. • Dilxoşluq etmək – zarafatlaşmaq, əylənmək, mazaqlaşmaq. Qulammirzə axşam teatrdan qayıdanda yataq otağında arvadı yatmış görür. Çarpayının kənarında əyləşir, dilxoşluq edir. Çəmənzəminli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dilxoşluq
I. şadlıq, fərəh, sevinc, məmnunluq
{mutluluk, ferah, sevinç, memnuniyet}
II. zarafat, əylənmə, mazaqlaşma
{muziplik, eğlenme, şakalaşma}