turklehceleri.org

dilbir

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dilbir

sif. və zərf Sözü, fikri, sirri bir; əlbir, həmrəy, həmfikir. [Xudayar bəy:] Yox, Vəliqulu, mən dəxi sənin sözünə inanmıram. Mən elə güman edirəm ki, anannan dilbirsən. C.Məmmədquluzadə. [Kəyan] ..istəkli yoldaşı Maral ilə o qədər xoş, dilbir və ürəkbir həyat sürürdü ki, zövcəsinin bu sözünə ancaq ürəkdən gülər(di). Ə.Əbülhəsən. • Dilbir eləmək (etmək), dilbir olmaq – sözbir olmaq, həmrəy olmaq, sözləşmək, qərarlaşmaq. [Zərbəli:] ..Hə, siz Nəzərəli çavuşnan dilbir olun, mənim oğlumu soldat yazdırın, öz uşaqlarınızı da gərmə qalağında gizlədin? Bu da bir qonşuluqdu? C.Məmmədquluzadə. Hər halda gümanım budur ki, əlbir, dilbir olsaq, Xanpəri xalanı düz yola gətirə biləcəyik. Ə.Vəliyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dilbir

əlbir, həmrə’y, həmfikir
{birlikte, yandaş, hemfikir}


Son arananlar: