dilağız
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dil-ağız
is. Üzrxahlıq mahiyyətində olan sözlər. •Dil-ağız etmək (eləmək) – üzrxahlıq mahiyyətində xoş sözlər söyləmək, yaxud xoş sözlər söyləyərək mehribanlıq göstərmək. Bəy gəlinə dil-ağız etdikdən sonra, onun üzünü görmək istərdi. H.Sarabski. Məmməd xan dil-ağız edib tələsməmələrini dedisə də, lakin qonaqlar az sonra durub getdilər. P.Makulu. ‣ Dil-ağıza salmaq – 1) hamıya yaymaq, bildirmək; 2) pisinə danışmaq. Dildə-ağızda gəzmək – bax dilə-ağıza düşmək. Xalçasının şöhrəti; Gəzir dildə-ağızda. M.Seyidzadə. Dildən-ağızdan düşmək (olmaq) – bax dildən düşmək (“dil1 ”də). Dilə-ağıza düşmək – 1) yayılmaq, şöhrətlənmək, dillər əzbəri olmaq. Düşdü şeirlərin dilə-ağıza; Şimşəktək zülmətin qoynundan çaxdın. S.Rüstəm; 2) pisinə danışılmaq, pis cəhətdən məşhur olmaq. Dili(n)-ağzı(n) qurusun! – bax dili qurumaq 2-ci mənada (“dil1 ”də). [Arvad:] Əstəğfürullah, əstəğfürullah, qələt elədim, dilim-ağzım qurusun! Ə.Haqverdiyev. Dilim-ağzım qurusun; Gördüm bir qara qarğa; Qəflətdən bir tərəfdən; Atıldı ortalığa. R.Rza. Dili-ağzı qurumaq – bax dili qurumaq (“dil1 ”də). Bəs indi niyə dilin-ağzın quruyub? M.Rzaquluzadə. Dili-ağzı tutulmaq – nitqi tutulmaq, danışa bilməmək. [Sədr:] Ay hay, mən də deyirəm, yəqin sevincindən dili-ağzı tutulub. M.Rzaquluzadə. Dilini-ağzını bağlamaq – bax dilini bağlamaq (“dil1 ”də). İstədim bir söz deyəm; Dilim-ağzım bağladı. (Bayatı).