turklehceleri.org

dilavər

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dilavər

sif. [fars.]
1. Qoçaq, igid, cəsur, ürəkli, mərd. Çətin ələ düşər dilavər gözəl. Q.Zakir. Zeynəb .. dilavər, kimsədən qorxmaz və çəkinməz bir qarı idi. S.S.Axundov. Fərman həmişə belə qoçaq və dilavər qızların yanında sıxılar və özünü itirərdi. Ə.Sadıq. // İs. mənasında. Dilavərlər yığıldılar.
2. Dilli, yaxşı danışmağı bacaran, məharətlə danışa bilən. O, çox dilavər adamdır. – [Gövhər qarı:] Gərək ortada mənim kimi dilavər bir adam ola ki, tükü-tükdən seçə bilə. İ.Şıxlı. Dedim: – Söz ustası, mahir, dilavər; Şairə Məhsəti sənmisən məgər? M.Dilbazi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dilavər

I. qoçaq, igid, cəsur, ürəkli, mərd
{koçak, yiğit, cesur, yürekli, mert}

II. dilli
{dilli}


Son arananlar: