turklehceleri.org

köməkçi

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

köməkçi

is.
1. Bir işdə kömək edən şəxs; yardımçı. Uşaq anasının köməkçisidir. – ..Mən Tehranda özümə köməkçi tapa bilərəm. M.S.Ordubadi.
2. Müavin. Usta köməkçisi. Rejissor köməkçisi. Operator köməkçisi. – İrəvanda da deyirlər vitse-konsulun köməkçisi biletin birinə İran rəiyyətindən düşəndə on manat alır.. C.Məmmədquluzadə. Qəbul otağında köməkçi ilə [Mollayevdən] başqa heç kim yox idi. M.Hüseyn.
3. məc. Yardımçı, əlavə. Köməkçi sual. Köməkçi sex. ‣ Köməkçi nitq hissələri qram. – əsas nitq hissələrinin xüsusiyyətlərinə malik olmayan sözlər (ədatlar, qoşmalar, bağlayıcılar, modal sözlər). Köməkçi feil qram. – leksik mənası olmayan, başqa sözlərlə birləşib mürəkkəb feil düzəldən feil (məs.: etmək, eləmək, olmaq və s.).

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

köməkçi

yamak


Son arananlar: