turklehceleri.org

dartmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dartmaq

f.
1. Bir şeyi əli və ya başqa şeylə tutub özünə tərəf və ya kənara çəkmək. Arabaçı atları saxladı, düşdü yerə və başladı atların o qulağından, bu qulağından dartmağa. C.Məmmədquluzadə. Həkim qolumdan tutub dartdı.. Mir Cəlal. Ayaz kəskin bir hərəkətlə atın cilovunu dartdı. Ə.Məmmədxanlı. // Qapıb almaq. Əlindən kitabı dartmaq. – Rəhim bəy çeki [Turabın] əlindən dartıb aldı. Qol çəkdi. M.Hüseyn. Söhbət qurtararqurtarmaz Gülzar telefonun dəstəsini dartıb müavinin əlindən aldı. Ə.Əbülhəsən.
2. Zorla çəkmək, özü ilə aparmağa çalışmaq. [Kərimxanı] dartıb dar koridora çıxardılar. M.İbrahimov. Quliyev [Sultanovu] evlərinə tərəf dartdı. Ə.Sadıq.
3. Gərmək, tarım çəkmək. Yayı dartmaq. İpi dartmaq.
4. Yuxarıya doğru çəkmək. ..Lakin Mahru yenə də məğrur qaşlarını dartaraq dedi. M.S.Ordubadi. Yasavul təəccüblə çiyinlərini dartdı. S.Rəhimov.
5. Nasos və s. vasitəsilə çəkmək, dartıb çıxarmaq. Quyulardan neft dartan dərin tulumbaların yeknəsəq səsləri eşidilirdi. S.Hüseyn.
6. məc. “Özünü” sözü ilə – lovğa vəziyyət almaq, təşəxxüslənmək, özünü çəkmək. Müqim bəy hiyləgərcəsinə özünü dartıb daha da ciddiləşdi. S.Rəhimov. [Xankişi Haqverdiyə:] Gəl oyna, özünü dartma, bir görək; Qoy yenə sevinsin, açılsın ürək. Z.Xəlil.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dartmaq

I. çəkmək
{çekmek}

II. çıxarmaq, çəkmək
{çıkarmak, çekmek}

III. lovgalanmaq
{kibirlenmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dartmaq

çekmek, tartmak


Son arananlar: