daraşmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
daraşmaq
f. Bir şeyin üzərinə doluşmaq, toplaşmaq, yığışmaq; qonmaq. Qarışqalar mürəbbəyə daraşır. – Sürüyə qurd daraşınca, Qızıl onlarla boğuşa-boğuşa sürünü bu iki təpənin arasına qədər gətirib soxmuşdu. A.Şaiq. ..Sanki bunlar – bal arısı kimi tarlaya, kotana, suya, traktora daraşanlar keçən il işə çıxan adamlar deyil. Mir Cəlal. // Məc. mənada (bəzən “vücuduna”, “canına” sözləri ilə). Qərinələrlə millətimizin şirin canına milyonlarca ac mikroblar daraşıb qanını sormuşdur. C.Məmmədquluzadə. Hər yandan gələn əhali qarışqa kimi konkaların vücuduna daraşmışdı. M.S.Ordubadi. • Bir-birinə daraşmaq məc. – bir-biri ilə dalaşmaq, mübarizə etmək, boğuşmaq, çəkişmək, bir-birini məhv etməyə çalışmaq. Kənddə iki nəsil, canavar kimi bir-birinə daraşdı. Mir Cəlal.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
daraşmaq
toplaşmaq, yığışmaq, doluşmaq, qonmaq
{toplanmak, yığılmak, doluşmak, konmak}