turklehceleri.org

damğa

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

damğa

is.
1. Atların və başqa heyvanların dərisi üzərinə qızdırılmış dəmirlə vurulan nişan. • Damğa basmaq (vurmaq) – bax damğalamaq 1-ci mənada. Çəpərimə girib, – deyə bəy rəiyyətə badalaq gəldi, rəiyyət öküzünün, atının və danasının buduna damğa vurub öz hesabına keçirdi. S.Rəhimov. // tar. Qədim müstəbid dövlətlərdə caninin bədəninə qızdırılmış dəmirlə basılan nişan.
2. Möhür, nişan. Malın üstündə fabrikin damğası var.
3. xüs. Damğa basmaq üçün alət.
4. məc. Ləkələndirici, təhqiredici, alçaldıcı söz və s. • Damğa basmaq (vurmaq) məc. – ləkələmək, damğalamaq, rüsvay etmək, üstünə böhtan atmaq. Lənət damğası basmaq – bax lənət.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

damğa

damga


Son arananlar: